Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin Şuşa rayon nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir

08 aprel 2024 | 17:15

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Uşaq Səfirləri Məclisinin Şuşa rayon nümayəndələrinin və öz fəallığıyla seçilən rayonun 20 nəfər məktəblisinin iştirakı ilə Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayon sektorunun binasında görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova bugünkü tədbirin əhəmiyyətindən danışdı.

Şuşa Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Gülbəniz Babayeva, Natiq Mahmudov, Ülviyyə Bağırova, Fatma Qılıncxanova, Başçının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nigar Eyvazova öz çıxışlarında Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr, 2019-cu il tarixli Sərəncamından irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun, 2020-ci il tarixində Uşaq Səfirlər Məclisi yaradılmasından, uşaq hüquqları ilə bağlı dövlət siyasətindən danışdılar.

7 saylı məktəbin şagirdləri Məstanova Fatimə, Nadirova Mələk Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Şuşa rayonu üzrə nümayəndələri və səfirləri seçilmişlər. Həmin səfirlər uşaq hüquqları istiqamətində müvafiq maarifləndirilmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etmələrindən, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbirlərdəki iştiraklarından danışdılar. Sonra məktəblilərə özlərini təqdimetmə və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili“ elan olunması ilə bağlı şagirdlərin bu işə öz töhfələrini hansı formada verə biləcəkləri ilə bağlı tapşırıqlar verildi. Şagirdlər bu işin öhdəsindən bacarıqla gəldilər.

Diskussiya şəklində keçirilən tədbir şagirdlərdə böyük marağa səbəb oldu və onlara müvafiq tövsiyələr verildi.

Keçidlər