Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon Xankəndi şəhər 4 nömrəli orta məktəbində “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib

01 iyun 2022 | 11:29

Şuşa rayon Xankəndi şəhər 4 nömrəli orta məktəbin  və YAP şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının birgə təşkilatçılğı ilə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirilib.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva,YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev,Şuşa Rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, partiyanın gənc fəalları,məktəbin müəllim və şagird kollektivi  iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan  məktəbinin direktoru Cəmilə Əhmədova “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.
Daha sonra çıxış edən İcra başçısının müavini Vüsalə Fətəliyeva və YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlər haqqında məlumat veriblər.
Tədbirdə şagirdlərin ifasında  konsert proqramları  nümayiş etdirilib

Keçidlər