Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu, Quşçular kənd sakinlərinin məskunlaşdığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Gilavar” sanatoriyasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüşü keçirdi

18 avqust 2023 | 17:15
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüşü keçirdi
 
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 18.08.2023 - cü il tarixdə Şuşa rayonu, Quşçular kənd sakinlərinin məskunlaşdığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Gilavar” sanatoriyasında növbəti səyyar qəbul keçirib. RİH başçısı Bayram Səfərov səyyar görüşdə sakinlərə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramları haqqında ətraflı məlumat verib. Sakinlərlə görüşü zamanı çıxışında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Vətəndaşların müraciətləri ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparıldı, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırıldı.
Keçidlər