Şuşa rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərin Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərovla görüşü keçirilmişdir
22 sentyabr 2021 | 16:23
22 sentyabr 2021-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin,Rayon Təhsil şöbəsi və Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə bu il respublikanın müxtəlif ali təhsil müəssisələrinə Şuşa rayonu üzrə 600-dən yüksək bal toplamış tələbə adını qazanmış gənclərlə pandemiya qaydalarına uyğun olaraq Rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Bayram Səfərov tələbə adını qazanmış hər bir gənci təbrik etmiş, gələcək işlərində onlara müvəffəqiyətlər arzu etmişdir.Azərbaycan gəncliyinin bugünki uğurlarının Prezident cənab İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Bayram Səfərov dövlətimizin apardığı məqsədyönlü gənclər siyasətinin öz bəhrəsini verdiyini, bütün sahələrdə gənc kadrların dövlət və özəl sektorda mühim vəzifələr tutuğunu ,daim yenilənməkdə olan texnologiyaların öhdəsindən gəlməklə innovativ yanaşmaları ilə ölkənin inkişafına öz tövhələrini verməsinin gənclərin rolunu danılmaz etiyi tədbir iştiraakçılarının diqqətinə çatdırmışdır.Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev , məktəb direktorları, valideyinlər tələbə adını qazanmış bütün gəncləri təbrik etmiş, Şuşa təhsilinin inkişaf yolundan, bugün əldə olunan nailiyyətlərdən danışmış və azərbaycanın parlaq gələcəyinin məhz gənc nəsilin uğurlarından aslı olduğunu vurğulamışlar. Yüksək nəticə göstərmiş gənclərə hədiyyələr və Fəxri Fərmanlar təqdim olunmuşdur. Görüşün sonunda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov gənclərlə xatirə şəkli çəkdirmişdir.