Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə Şuşa rayon İcra Hakimiyyətində “Dini ekstremizm və radikalizmin fəsadları” mövsununda tədbir keçirilmişdir

08 avqust 2025 | 15:42

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları və gənclər iştirak etmişdir.
Vüsalə Fətəliyeva öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayan Vüsalə Fətəliyeva “Dini ekstremizmə qarşı mübarizə haqqında” qəbul edilmiş qanunlardan, bəzi qanunlara edilən dəyişikliklərdən də söz açmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşları dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin vacibliyini xüsusi qeyd etmişlər. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülən işlərdən söhbət açaraq, belə tədbirlərin keçirilməsinin gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər.

Keçidlər