Şuşa rayonu üzrə himayədar ailə institutunun tətbiqi ilə bağlı təlim keçirilib
Şuşa Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “ Mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə əlaqadar “Çətin həyat şəraitinə düşmə riski olan ailələrdə böyüyən uşaqlarla aparılan işin təkmilləşdirilməsi” və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı təlim keçirilib.
Şuşa rayon 6 nömrəli tam orta məktəbdə reallaşan təlimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları və məktəbin şagird və müəllim heyəti iştirak ediblər.
Bildirilib ki, təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı keçirilir. Təlimdə sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti qurumların əlaqəli işləməsinin vacib məsələlərdən olduğu vurğulanıb.
Tədbirdə “Himayədar ailə institutunun təşkili”, “Müəssisələşmə və reinteqrasiya prosesinin təşkili” mövzusunda çıxışlar dinlənilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.