Şuşa rayonu üzrə İnsan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilmişdir
12 iyun 2024 | 16:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. Hər il olduğu kimi, bu il də Şuşa rayonu üzrə İnsan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində yekun tədbir keçirilmişdir. Tədbidə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti Şuşa rayon bölməsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Mikayılov, Şuşa MRX-nin Publik hüquqi şəxsi, direktor Kəmalə Səfərova, Şuşa Rayon Polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru Şöhrət Abbasov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Elxan Ələkbərov, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin sədri Mədinə Abbasova və 122 saylı Xankəndi seçki dairəsinin sədri Ağalar Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə və müəssisə rəhbərləri, məktəb direktorları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Vüsalə Fətəliyeva bildirdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili(Ombudsman) tərəfindən mayın 18 -dən iyunun 18 -dək ölkədə “İnsan hüquqları aylığı” elan edilir. Bununla əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları, elm, təhsil və tibb müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri -hökumət təşkilatları tərəfindən “İnsan hüquqları aylığı”çərçivəsində insan hüqularına həsr olunan silsilə tədbirlər təşkil olunur, müxtəlif media orqanlarında bununla bağlı maarifləndirici yazılar dərc edilir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün Azərbaycan Respublikasının Qanunlarının, Dövlət Proqramlarının, Milli Fəaliyyət Planlarının tələblərini icra etmək istiqamətində Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti tədbirlər davam etdirilmişdir. Milli Fəaliyyət Proqramına əsasən idarə, müəssisə və təşkilat rəhbərlərinə fəaliyyət göstərdikləri sahələrdə şəffaflığın təmin edilməsi, vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılması, müvafiq Proqramın tələblərinə əməl edilməsi onların qarşısında ciddi vəzifə borcu kimi qoyulmuş və yerinə yetirilməsi tapşırılmışdır. Tədbirdə vurğulandı ki, Azərbaycan konstitusiyasında əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul olunub. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir. İnsan hüquqları aylığında Rayon üzrə keçirilən tədbirlər içərisində “İnsan hüquqlarının hüdafiəsi dövlətimizin ali məqsədidir”, “Hüquqlarımızı bilək”, “İnsan hüquqlarının müdafiəsi”,”Mən və Hüquqlarım” mövzuları daha yüksək səviyyədə hazırlanmışdır.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verildi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində Şuşa rayonu üzrə görülmüş işlərdən danışıldı. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi seçməsindən bəhs edildi.