Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə bağlı əhalinin hazırlıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə tədbirləri aparılıb

21 may 2026 | 17:18

Şuşa Rayon İcra Hakimiyyəti başçısının məsul işçiləri və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə "Tədbirlər Planı”nın icrası ilə bağlı maarifləndirmə tədbirləri keçirilmişdir.

Tədbirlərdə təhlükənin növü, təsirə məruz qalan ərazilər, ilkin davranış qaydaları, mülki müdafiə sığınacaqlarının yerləşdiyi yerlər, təhlükəsiz və təxliyə marşrutları, toplanış məntəqələri, tibbi və psixoloji yardım məntəqələri barədə məlumat verilmişdir.

Nümayəndəliklər tərəfindən vətəndaşlara bildirilmişdir ki, nüvə və digər kütləvi qırğın silahının tətbiqi təhlükəsi yarandığı halda əhali media və telekommunikasiya vasitələri ilə dərhal məlumatlandırılacaqdır.

Həmçinin baş vermiş hadisələrin nəticələri və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə əhaliyə mütəmadi olaraq tam və obyektiv məlumat təqdim ediləcəkdir.

Keçidlər