Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması davam etdirilir

28 aprel 2021 | 15:03

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub. Monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər. Şuşa Rayonu üzrə 2021-2022 –ci illər ərzində mütəmadi olaraq Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş və övladlığa götürülmüş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraitinə dair monitorinqlər aparılır.

Keçidlər