Şuşa rayonu üzrə “Şahin” hərbi – idman oyununun rayon mərhələsi keçirilmişdir
Şuşa rayon 6 nömrəli tam orta məktəbinin idman bazasında "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirildi. Tədbiri giriş sözü ilə Şuşa rayon üzrə Gənclər və İdman sektorunun müdiri Nadir Bayramov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Şuşa rayonu üzrə təhsil sektorunun müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Əmirxan Qarayev, Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva “Şahin” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edərək, birincilikdə iştirak edən komandalara uğurlar arzuladılar.
Gərgin mübarizə şəraitində keçən yarışda Şuşa rayon 6 nömrəli tam orta məktəbinin komandası I yeri, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin komandası II yeri , Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin komandası isə III yeri tutdu. Birincilikdə I, II və III yerləri əldə etmiş və müxtəlif mərhələlər üzrə fərqlənmiş komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.