Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun təhsil müəssisələrində 15 sentyabr - “Bilik Günü” təntənə ilə qeyd edildi

15 sentyabr 2023 | 18:05

Malıbəyli kənd 1 saylı tam orta məktəbdə 15 sentyabr - “Bilik Günü”nə həsr edilən tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abbasov, Malıbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Vüqar Quliyev, məktəbin müəllim heyəti, məktəbə yeni qədəm qoyan birincilər və valideyinlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri diqqətə çatdırdı, son illərdə dövlətimiz tərəfindən müasir tələblərə cavab verən yeni məktəb binalarının inşa və ya təmir olunaraq istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirdi. Vüsalə xanım məktəbin müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etdi, onlara gələcək tədris illərində uğurlar arzuladı, ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaş olmalarını vurğuladı.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun müdiri Rəsmiyyə Məmmədova çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin respublikamızda apardığı təhsil islahatları hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayonumuzun son illər təhsil sahəsində əldə etiyi uğurlardan danışan Rəsmiyyə xanım rayonun bütün təhsil işçilərini, şagirdlərini və məktəbə yeni qədəm qoyan birinciləri bu əlamətdar gün münasibətilə təbrik etdi.
Məktəbin direktoru Vüqar Quliyev yeni dərs ili münasibətilə məktəbin pedaqoji heyətini, şagirdləri və birinciləri təbrik etdi, məktəbin şagirdlərinin qarşıdan gələn illərdə daha böyük uğurlar əldə edəcəyinə inamını ifadə etdi.
Tədbirdə şagirdlərin ifasında biri -birindən gözəl musiqi, şer nümunələri səsləndirildi.
Tədbirdə bütün təhsil işçiləri növbəti “Bilik günü”nü Şuşada, doğma məktəblərində keçirmək arzularını bildirdilər.

Keçidlər