Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonunun ümumtəhsil məktəblərində 2023-cü ilin fevral ayında “Narkomaniyaya yox deyək!” adlı silsilə tədbirlər keçirilmişdir

21 fevral 2023 | 16:16

Şuşa Rayon Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları 2023-cü ildə də narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkil məqsədilə müvafiq tədbirlər görülür. Şuşa şəhərində və Daşaltı kəndi ərazisində yabanı halda bitən narkotik xassəli aşkar edilən çətənə kolları Polis şöbəsinin əməkdaşları tərəfindən yandırma yolu ilə məhv edilmişdir. Həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar, onların zərərli xassələrinin təbliği məqsədilə ümumtəhsil məktəblərində 2023-cü ilin fevral ayında “Narkomaniyaya yox deyək!” adlı silsilə tədbirlərdə slayd şəklində əks olunur, şəhərin infrastruktu yenidən qurulduqda bu istiqamətdə işlər əhalinin yaşayış yerlərində əyani şəkildə təsvir ediləcəkdir.

Keçidlər