Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin "Şuşaya geden yol" adlı hesabat konserti baş tutub
Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin "Şuşaya geden yol" adlı hesabat konserti baş tutub
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Şuşa şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin "Şuşaya geden yol" adlı hesabat konserti keçirilib. Konsertdə şagirdlər müxtəlif musiqi nömrələri ifa ediblər. Məktəbin xor kollektivinin ifasında Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Fikrət Əmirovun “Odlar ölkəsi” mahnıları səsləndirilib. Məktəbin şagirdlərindən ibarət “Bülbülcan” ansamblının ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından müqəddimə səslənib.
Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Şuşa üzrə baş məsləhətçisi Bayram Cəfərli, Şuşa İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva və digər məktəb direktorları iştirak ediblər.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, bu il Prezidentin sərəncamı ilə “Şuşa İli” elan olunmasından söhbət açıb və bununla bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Sonra Rəşad müəllim məktəbin tarixindən danışıb və kollektivə uğurlar arzulayıb.
Vüsalə Fətəliyeva çıxışı zamanı vurğulayıb ki, çox sevindirici haldır ki, artıq Şuşa azaddır və Şuşa müəssisələrində “Şuşa İli” ilə bağlı tədbirlər keçirilir. Daha sonra o, məktəbin kollektivini təbrik edib.