Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir

11 iyul 2024 | 16:54

11 iyul 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Şuşa RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ülviyyə Bağırova bildirmişdir ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib. Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərə­findən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilmə­sini diqqətə alan İslam dövlətləri, yek­dil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın na­mizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.  Onu da qeyd edim ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

Çıxış edənlərin hər biri, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüfi olmadığını qeyd edərək, Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin islam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirmişdir. İnanırıq ki, bu gün Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşamızı bir gün gözlərini daha geniş açan qoca dünyanın özü də özününkü hesab edəcək. Necə ki, hələ XVIII əsrdə dünyanın ən mədəni, gözəl şəhərləri ilə müqayisə edirdilər. Çünki bu gün dünənkindən daha gözəlsən, sabah daha möhtəşəm olacaqsan! Sənə verilən bütün adlar çox gözəl yaraşır. Yeni adın mübarək, İslam dünyasının mədəniyyət paytaxtı Şuşa!

Keçidlər