Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin 270 illik yubileyi təntənəli şəkildə qeyd edildi

13 dekabr 2022 | 14:12
10 dekabr 2022-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşanın 270 illik yubiley tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilmişdir. Şuşanın 270 illik tarixinin qeyd edilməsi, Azərbaycanın elm, təhsil, mədəniyyət, ictimai-siyasi fikir tarixinə görkəmli töhfələr vermiş, təbiəti, tarixi abidələri ilə məşhur xan şəhərinin yubiley tədbiri 192 yaşlı Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra “Şuşa - 270” filmi tamaşaçılara təqdim olundu. Tədbiri giriş sözlə Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva açıq elan edərək, Şuşanın təhsil, maarifçilik və mədəniyyət ənənələri haqqında ətraflı məlumat vermişdir. Tədbirdə Elm və Təhsil Naziri - Emin Əmrullayev, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Rzayev, Kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki - Vaqif Fərzəliyev, Əməkdar müəllim, YAP Şuşa rayon təşkilatının sədri - Təvəkkül Əliyev, Mətbuat şurasının sədri - Rəşad Məcid, Millət vəkili - Elman Məmmədov, Xüsusi Təyinatlı Qüvvələrin polkovniki - Səbuhi Allahverdiyev, Azərbaycan Respublikasının xalq artisti - Firəngiz Mütəllimova, 638 balla Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunmuş məzun Ayaz Qurbanlı çıxış etmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbir iştirakçılarına, gələn bütün qonaqlara şuşalılar adından öz təşəkkürünü bildirmişdir. Şuşamızın 270 illik yubileyini böyük sevinclə qeyd etdiyimizi və bu şərəfi bizə bəxş edən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Rəşadətli oğullarımıza dərin minnətdarlığını bildirmişdir. Tədbirdə 44 günlük müharibədə qazi olan şuşalılar və şəhidlərin valideynlərinin qarşısında Vətən üçün böyütdükləri oğullarına görə baş əymişdir. Bayram Səfərov Şuşada həyata keçirilən böyük bərpa və quruculuq işlərindən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair I Dövlət Proqramının icrası haqqında ətraflı məlumat vermişdir. Tədbirin sonunda Şuşa 270 illik yubileyinin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Tədbir bədii hissə ilə yekunlaşmışdır.
Keçidlər