Şuşalı idmançı qol güləşi üzrə ölkə kubokunda uğurlu nəticə əldə edib
07 avqust 2026 | 16:13
24–26 iyul 2026-cı il tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə qol güləşi üzrə ölkə kuboku keçirilib.
Yarışda müxtəlif yaş və çəki kateqoriyaları üzrə idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda şuşalı idmançı Abbasov Sənan da uğurlu nəticə göstərib.
Belə ki, 21 yaşdan yuxarı böyüklər arasında 78 kq çəki dərəcəsində həm sağ, həm də sol qol üzrə mübarizədə Sənan Abbasov I yerə layiq görülüb.
İdmançımızın hər iki qolda qazandığı bu uğur onun yüksək hazırlıq səviyyəsinin, əzmkarlığının və peşəkarlığının göstəricisidir.
Sənan Abbasovu qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq!






