Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşalı rəssam Rövşən Bayramovun növbəti fərdi - yaradıcılıq sərgisi keçirildi

27 may 2022 | 11:22

Şuşalı rəssam Rövşən Bayramovun növbəti fərdi - yaradıcılıq sərgisi keçirildi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 27 may tarixində Vəcihə Səmədova adına sərgi salonunda Şuşalı rəssam Rövşən Bayramovun Şuşanın qədim məhəllələri - fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Sərgidə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa üzrə nümayəndəsi Bayram Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin üzvü Qənirə Paşayeva, ziyalılar və incəsnət adamları iştirak edirdilər. Tədbirdə çıxış edənlər rəssamın uğurlu fəaliyyəti haqqında ətraflı məlumat verdilər, Rövşən Bayramovun əsərlərinin həmişə böyük maraqla qarşılandığı bildirildi. "Şuşa ili" çərçivəsində nümayiş edilən əsərlərin əhəmiyyəti qonaqlar tərəfindən xüsusi olaraq vurğulandı. Həmyerlimiz Rövşən Bayramova gələcək fəaliyətində yeni -yeni uğurlar arzu edirik.

Keçidlər