Şuşalılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə ümummilli liderin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad etdilər
10 may 2026 | 17:10
Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ümumilli Lider öz ideyaları ilə xalqımızın qəlbində daim yaşayacaq, əziz xatirəsi hər zaman yüksək ehtiramla anılacaqdır!
10 may 2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Aparatın məsul əməkdaşları, YAP-ın Şuşa rayon Təşkilatının sədri, idarə, müəssisə rəhbərləri, rayon ziyalıları, gənclər Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etdilər.






