Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşanın incisi” adlı ədəbi-bədii gecə keçirilib

01 dekabr 2022 | 16:52
Dekabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon Malıbəyli Kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Şağan qəsəbə Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Şuşanın incisi” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə qonaq qismində Baş İdarənin rəis müavini Nazim Əliyev, Şuşa rayon Malıbəyli kənd icra nümayəndəsi Əmirxan Qarayev, YAP Şuşa rayon təşkilatının məsləhətçisi Elmir Rzayev, şairə, yazıçı-publisist Gülarə Munis, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Bayram Cəfərov, qəsəbə sakinləri, 123, 181 və 124 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.
İlk öncə Mərkəzin foyesində Şuşa Dövlət Rəsm Qalereyasının peşəkar rəssamı Rövşən Bayramovun əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan rəsmlər haqqında qalereyanın müdiri Anar Cəbizadə ətraflı məlumat verib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Keçidlər