Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunub

17 oktyabr 2023 | 16:13

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  17 oktyabr 2023-cü il tarixdə Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Rayon Sektorunun yerləşdiyi binada “Heydər Əliyev ili” çərçivəsində təşkil edilən Tədbirlər Planına uyğun olaraq Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Tarixi yazan əbədiyaşar lider” mövzusunda  dəyirmi masa keçirildi.   Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının rəhbərliyi və məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ziyalıları  iştirak edirdi.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı  uğrunda şəhid olmuş  Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki,  Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan Respublikası iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.  Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb. Uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. Oktyabr ayının 15-i son illər ərzində müasir Azərbaycan tarixinə əbədi həkk olunan tarixlərdən biri oldu. İkinci Vətən müharibəsindəki Şanlı Qələbə və bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu, çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Şuşa Rayon İcra Hakimiyyəti   başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev,  “Müharibə, Əmək və Silahlı Qüvvələr “ veteranlar təşkilatının Şuşa rayon  şöbəsinin sədri Ağalar Əliyev,  Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllimi  Emiliya Əliyeva  öz çıxışlarında bildirdilər ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.

 

Keçidlər