Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir

06 noyabr 2023 | 16:21

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 06 noyabr 2023-cü il tarixdə Şuşa Humanitar Kollecində Tədbirlər Planına uyğun olaraq Heydər Əliyevin 100 illiyinə və Zəfər bayramına həsr edilmiş “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, başçının müavini Vüsalə Fətəliyeva, vətən uğrunda döyüşlərdə qazı olmuş Ələkbərli Hüseyn, Məmmədov Hüseyn, Abbasov Orxan, Quliyev Fərid, Məhərrəmzadə Salam, Əliyev Tural, Quliyev Xalid iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ulu Öndərin 100 illiyinə və Zəfər bayramına həsr edilmiş sənədli film nümayiş etdirildi.

Tədbirdə kollecin müəlliməsi Əbirə Səfixanlı "Qalib Azərbaycan" adlı mühazirə oxudu, tələbə gənclər təşkilatının üzvü Ayan Mirhəşimova "Zəfər gəncləri" mövzusunda çıxış etdi. Kollecin tələbəsi Həsənova Nigar "Zəfər yolu" şeirini söylədi. Mövzuya həsr olunmuş video çarxlar nümayiş etdirildi. Tədbirin ikinci hissəsində musiqi şöbəsinin hazırladığı konsert proqramı təqdim olundu. Sonda Şuşa Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov və kollecin direktoru Rasim Mehtiyev müəllim və tələbə kollektivini "Zəfər günü" münasibəti ilə təbrik etdilər və bildirdilər ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində bir daha şahidi olduq. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da uğurla inkişaf edəcək, güclü, qüdrətli dövlət kimi bütün dünya dövlətləri arasında seçiləcəkdir.

Keçidlər