Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi barədə maarifləndirmə tədbirləri keçirilmişdir
16 may 2025 | 17:10
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində media subyektlərinin fəaliyyətin gücləndirilməsi məqsədilə Şuşa rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Maarifləndirmə tədbirlərinin məqsədi zorakılığın uşaqların normal inkişafına mənfi təsirini vurğulamaq və zorakılığın qarşısını almaqdan ibarətdir. Maarifləndirmə tədbirlərinə Kütləvi İnformasiya Vasitələri (KİV) cəlb olunaraq, tədbirlərin əhatə dairəsi genişləndirilir. Keçirilən tədbirlərdə təhsil müəssisələri ilə media arasında əlaqələrin möhkəmləndirilməsinə, birgə maarifləndirici tədbirlərin, görüşlərin keçirilməsinin müsbət nəticələrə yol açacağı xüsusi vurğulanmış, qeyd olunmuşdur ki, məktəb, valideyn və media arasındakı qarşılıqlı əlaqələr vətənpərvər, milli-mənəvi dəyərlərimizə hörmət edən gənclərin yetişməsinə öz töhfəsini verəcəkdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Fatma Qılıncxanova çıxışında bildirmişdir ki, zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz.
Keçirilən tədbirlərdə təlim texnologiyalarından istifadə olunub, məişət zorakılığı, erkən nikah, gender əsaslı zorakılıq, kibercinayətkarlıq, uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.






