Şriftin ölçüsü :

Saytın rəngi :

Tütünün insan sağlamlığına mənfi təsirləri haqqında maarifləndirici tədbirlər keçirilmişdir

12 fevral 2024 | 16:06

Azərbaycan Respublikası Prezidentinin 23.12.2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya”-nın 9.2.1 bəndinin icrası ilə bağlı rayon İcra hakimiyyətinin və “Şuşa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları ictimai yerlərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə məlumatlandırıcı lövhələr asılmışdır.
Bununla yanaşı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən rayon ürzə Gənclər və İdman sektoru və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında, o cümlədən əhalinin kompakt yaşayış yerlərində gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edilir.
Şuşa Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, Mərkəzi Rayon Xəstəxanasınının həkimlərinin iştirakı ilə 2024- cü il ərzində əhali arasında mütəmadi Fiziki aktivlik və tütünün sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbirlər keçirilmiş, fiziki aktivliyin insan üçün əhəmiyyəti barədə materiallar paylanmışdır. Keçirilən tədbirlərdə qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu və qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyini bildirilərək qeyd edilmişdir ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Həmçinin sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin, gün ərzində televiziya və kompüter qarşısında keçirilən vaxtı 2 saatadək azaltmağın əhəmiyyəti nəzərə çatdırılmışdır.

Keçidlər