Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

29 mart 2023 | 15:27

29 Mart 2023-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti və Malıbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı Sabunçu rayonu “Ramana – 450” qəsəbəsində ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması, atmosferi oksigenlə zənginləşdirməsi məqsədilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Bununla yanaşı ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb,yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Tədbirdə idarə müəssisə rəhbərləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər