Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumbəşəri bəla olan narkomaniya ilə mübarizə sahəsində Şuşa rayonu üzrə görülən işlər

09 mart 2023 | 14:33

Ümumbəşəri bəla olan narkomaniyanın geniş şəkildə yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, bu bəlanın kökünün kəsilməsi istiqamətində dövlətimiz tərəfindən zəruri qanunvericilik bazası yaradılmış və mühüm islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən Şuşa rayonu ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkilini, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliğini təmin etmək məqsədilə Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Polis şöbəsi tərəfindən birgə tədbirlər həyata keçirilir. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizə  mütəmadi olaraq davam etdirilməlidir.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün “Dövlət Proqramı”nda  Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Şuşa Rayon Polis şöbəsi tərəfindən narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələri  aşkar olunur və həmin bitkilər  məhv edilir, bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Narkomaniyaya qarşı mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən  fevral ayında silsilə tədbirlər çərçivəsində ictimaiyyət arasında, məktəblərdə izahat və maarifləndirmə işləri aparılmış, narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmiş, əyani vəsaitlər – foto və videoçarx  nümayiş etdirilmişdir.

2023-cü il ərzində Şuşa Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində  xüsusi əməliyyat-axtarış tədbirləri davam etdiriləcəkdir.

 

Keçidlər