Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil edilmişdir

16 may 2022 | 14:57

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil edilmişdir.
Bu ənənənin tarixi 1998-ci ildən başlayıb. Saridan Mursaqulovun başçılıq etdiyi bir qrup Azərbaycan alpinisti "Qızıl Qaya" massivinin 3751 metr hündürlüyə malik zirvəsinə yürüş etmiş və məhz o zirvəyə ümummilli liderin şərəfinə Heydər Əliyevin adı verilmişdir. Həmin ekspedisiya zamanı zirvəyə heykəltaraş Münəvvər Rzayeva tərəfindən hazırlanmış üzərində Heydər Əliyevin barelyefi olan bürünc lövhə yerləşdirilmişdir.
Yürüş 10 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq gənclər   "Şuşa ili" çərçivəsində “Heydər zirvəsi”nə qalxmağı bacarmış və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa Rayon İcra Hakimiyyəti Bayrağını dalğalandıraraq müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər