Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” çərçivəsində "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” və "Hüquqlarımızı qoruyaq” adlı tədbir keçirilmişdir

05 noyabr 2024 | 16:16

05 noyabr 2024-cü il tarixdə Uşaq hüquqları sahəsində əsas beynəlxalq sənəd olan “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar hər il olduğu kimi bu il də 20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində Şuşa rayonu üzrə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yap Şuşa Rayon təşkilatının inzibati binasında uşaq hüquqları mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Nigar Eyvazova, ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir. Tədbirdə uşaq hüquqlarından bəhs edən videoçarx izlənmiş, bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətimin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilmiş və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilmişdir. Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərəli vərdişlər kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında da məlumat verilmişdir. Tədbirdə çıxış edənlər bildirdilər ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da uğurla inkişaf edəcək, güclü, qüdrətli dövlət kimi bütün dünya dövlətləri arasında seçiləcəkdir.

Keçidlər