Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlimlər davam edir

08 iyun 2022 | 14:57

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) bəndinin icrası ilə bağlı işlər davam etdirilir.
Bu məqsədlə UAFA təşkilatı (Azərbaycana Birgə Yardım Təşkilatı) və Amerika Birləşmiş Ştatlarının Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü ilə may ayında start verilmiş 7-ci CHED (Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf) baza kursu çərçivəsində onlayn təlimlər keçiririlir.
Təlimlərdə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları iştirak edirlər. Mayın 6-dan başlayan, praktiki və nəzəri hissədən ibarət olan kurs 22 iyul 2022-ci il tarixinədək davam etmişdir.
Yerli və xarici mütəxəsssilər tərəfindən keçirilən təlimlər zamanı, iştirakçılar hər bir uşağın ehtiyaclarına uyğun olan inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları və davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, praktiki bacarıqlar, nəzəri biliklər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə dərin biliklər əldə etmişlər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara ABŞ-ın Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzi adından sertifikat verilmişdir.

Keçidlər