Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı rayon üzrə uğurla icra edilir
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədi daşıyır.
Yeni Sərəncamda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilməklə yanaşı, orada nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, eləcə də onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunur.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda müxtəlif tədbirlər arasında uşaqların sağlamlığı və Səhiyyə Nazirliyinin səlahiyyətləri dairəsinə aid olan digər bir sıra məsələlər də yer alıb.
Fəaliyyət Planının Giriş hissəsində qeyd olunur ki, bu sənəddə pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması öz əksini tapıb. Erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulub. Təhlükəsiz həyat fəaliyyəti, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də planlaşdırılan əsas məsələlərdəndir. Şuşa rayonu üzrə Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi üçün təşkil edilmiş təlimlər və qısamüddətli kurslara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.