Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda tədbir keçirilib

25 noyabr 2022 | 16:02

Şuşa Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabr ayının 25-də rayonun tam orta məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaq birliyi rəhbərlərinin, psixoloqların və məktəblər üzrə fəal şagirdlərin iştirakı ilə Şuşa rayon 6 nömrəli tam orta məktəbində “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda onlayn formatda tədbir keçirilib. 6 nömrəli tam orta məktəbin psixoloqu Elyana   Məmmədzadə çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın 5.4 bəndinin 5.4.2-ci alt bəndinə əsasən uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi və yeni platformaların yaradılması nəzərdə tutulması barədə məlumat vermişdir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2022-ci ildə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri, onlarda uşaqların maraq və istəklərinə uyğun fəaliyyət göstərən dərnək, bölmə və studiyalar barəsində geniş məlumatlar verib.

Keçidlər