Uşaqların təhsildən yayınması mövzusunda maarifləndirici görüş keçirilib
15 mart 2022 | 16:55
Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri tərəfindən uşaqların təhsildən yayınmasının qarşısının alınması məqsədilə rayonda yerləşən bəzi orta məktəblərdə maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edənlər rayon üzrə təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının mövcud olduğunu qeyd etmiş, bu problemlərin həllinə kompleks şəkildə yanaşmanın və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.