Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” nın 4.5.6-cı bəndində Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması məqsədilə Şuşa rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən rayonun ümumtəhsil müəssisələrində maarifləndirici monitorinqlər həyata keçirilmişdir. Keçirilən monitorinqlər zamanı məktəb rəhbərlərinin məlumatına əsasən I-XI sinifləri üzrə dərsə davamiyyəti zəif olan şagirdlərin valideyninə xəbərdarlıq məktubları göndərilir, valideynlər tərəfindən məktəbə təqdim edilən arayış və izahatlar qeydiyyata alınır. Bir çox şagirdin davamiyyəti bərpa edilir, irəliləyiş müşahidə olunmayan şagirdlər barəsində isə müvafiq qurumlara müraciət hazırlanır. Şagird və valideynlərlə müvafiq izahedici söhbətlər aparılır. Xüsusən yuxarı sinif şagirdləri ilə görüşlər keçirilərək sinif rəhbərlərinə dərsə davamiyyətlə bağlı valideyn iclaslarının təşkil olunması tapşırılır.
Belə ki, yetkinlik yaşına çatmayanlarla yanaşı, həm də sosial təhlükəli vəziyyətdə olan ailələrlə (yetkinlik yaşına catmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə) davranışına nəzarət olunmayan uşaqlar və ya hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanlarla fərdi və ümumi profilaktik tədbirlər həyata keçirilir.
İnteraktiv formatda davam edən görüşlər zamanı şagirdlərlə maarifləndirici söhbətlər aparılaraq onların dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüş, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.






