Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların təhsildən yayınmasının qarşısının alınması” istiqamətində monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır

21 aprel 2026 | 17:21
Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır. 21.04.2026-cı il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaqların təhsildən yayınmasının qarşısınının alınması istiqamətində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin, rayonun Uşaq Gənclər İdman məktəbinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq filialının məsul əməkdaşları, Şuşa rayon 3 nömrəli tam orta məktəbin müəllimləri, Humanitar Kollecin tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Elxan Ələkbərov uşaqların təhsilə davamiyyətinin ilk növbədə valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədar olduğunu bildirmiş, xüsusilə məktəblərdə valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin, valideynlə müəllim arasında səmərəli əməkdaşlığın və məlumat mübadiləsinin, məktəb psixoloqlarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırmışdır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Natiq Mahmudov, Sektorun əməkdaşı Ülviyyə Bağırova, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçi-psixoloqu Fatma Qılıncxanova, Uşaq Gənclər İdman Məktəbinin direktoru Tural Allahverdiyev, Uşaq Gənclər İnkişaf Mərkəzinin metodisti Sevinc Əbdüləzimova, Rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Könül Bəşirova, Şuşa rayon 3 saylı tam orta məktəbin Uşaq birliyinin rəhbəri Çimnaz Əliyeva çıxışlarında uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlərin, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işlərin aparıldığını nəzərə çatdırmış, monitorinqlərin keçirilməsinin uşaqların təhsildən yayınmasının əsas səbəblərinin müəyyən edilməsi baxımından mühüm addım olduğunu vurğulamışdırlar. Monitorinqlərin nəticəsi olaraq uşaqların təhsildən yayınmasına təsir göstərən əsas faktor oğlan uşaqlarının internet klublardan istifadəsi, rayon və kənd yerlərində mövsümi işlərlə əlaqədar olaraq uşaqların ailə təsərrüfatlarında valideynlərinə kömək etməsi, həmçinin Bakı kəndlərində qız uşaqlarının valideynləri tərəfindən dərsə mütəmadi göndərilməməsi, erkən nikah halları olmuşdur. Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanılır, jurnallara baxılır. Hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini aşkar olunduğu halda onun valideynləri ilə əlaqə yaradılır və şagirdin məktəbə gəlməsi təmin olunur. Eyni zamanda, həmin şagirdlərlə də təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır. Bunlardan əlavə, məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar. Uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur.
Keçidlər