Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi - leytenant Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsi yad edildi

01 oktyabr 2024 | 17:36
01 oktyabr 2024-cü il tarixində Vətən müharibəsi şəhidi, Şuşa şəhər sakini, tağım komandiri - leytenant Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsi şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi, şəhidin adına ehsan süfrəsi verildi və ruhuna dualar oxundu. Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasimdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayonu üzrə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Binəqədi rayonu üzrə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Şuşa və Binəqədi Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Mərasimdə çıxış edənlər şəhid leytenant Həsənov Nurlan Nadir oğlunun döyüş yolundan, 44 gün davam edən Vətən müharibəsində, eləcə də ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. İllər ötsə də, şəhidlər heç zaman unudulmur, həmişə minnətdarlıqla yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyir, onlara Uca Allahdan rəhmət diləyirik!
Keçidlər