Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Aslanov Bəxtiyar İlqar oğlunun əziz xatiəsi doğum günündə yad edilib

30 dekabr 2023 | 11:28
Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Naftalan ŞİH-nin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, idarə müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, şəhidin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Naftalan şəhərində Heydər Əliyev Mərkəzində hazırlanmış “Zirvələrdə tamamlanan ömür” adlı ədəbi-bədii proqramla davam etdirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan, şəhidin tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsindən, Vətən müharibəsində göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar.
Tədbirdə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən şəhidimizin anası Tünzalə Zöhrabovaya “Əsrimizin Qəhramanları” kitabı təqdim edilib.
Aslanov Bəxtiyar İlqar oğlu 1998 –ci il dekabrın 28 –də Naftalan şəhərində anandan olmuşdur.
2005 –ci ildə Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə orta təhsilinə başlamış, 2016 –cı ildə məktəbi bitirdikdən sonra Gürcüstan Açıq Tədris Universitetinin İqtisadiyyat və Beynəlxalq əlaqələr fakultəsinə qəbul olmuşdur.
2018 –ci ildə təhsilini yarıda qoyaraq Daşkəsən N saylı hərbi hissəsinə hərbi xidmətə yollanmışdır.
İdmanın müxtəlif növləri ilə həvəskar kimi məşğul olurdu, xüsusilə futbol oynamağı sevirdi.
Vətən müharibəsi zamanı Kəlbəcər rayonu, Murovdağ istiqamətində gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərmiş, silahında olan mərmilər bitdikdən sonra düşmənlə əlbəayaxa döyüşdə bir neçə düşməni məhv etmiş,qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcər uğrunda”, “Göstərdiyi şücaətə görə” medalları ilə təltif olunmuşdur.
13.02.2021 - ci ildə Goranboy rayonu, Balakürd kəndində “Şəhidlər xiyabanı”nda dəfn edilmişdir.
Ailəli idi.
Allah rəhmət eləsin!
Keçidlər