Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin qəhrəman şəhidi İbrahimov İsrafil Zülfüqar oğlunun xatirəsini dərin ehtiramla yad edirik

28 oktyabr 2022 | 15:40
44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Şuşa rayonundan olan İbrahimov İsrafil Zülfüqar oğlunun əziz xatirəsi şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi. İbrahimov İsrafil Zülfüqar oğlu 16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu, 202 saylı orta məktəbdə 9-cu sinifə qədər təhsil almış, 10 və 11- ci sinifləri Ağdam rayonu, Bənövşələr kəndində orta məktəbdə davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Lənkəran Sərhəd Qoşunlarında xidmət etmişdir.
2018-2020-ci illərdə Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlıların tərkibində kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmət edib. Vətən müharibəsində könüllü kimi iştirak edib. Döyüşlərdə böyük igidlik göstərib. 27.10.2020- cu ildə Laçın rayonu, Səfiyan kəndi uğrunda gedən döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İbrahimov İsrafil Zülfüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medal, “Qubadlının azad olunmasına görə” medal, “Laçının azad olunmasına görə” medal, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə 3-cü dərəcəli” orden ilə təltif edilmişdir.
Ağdam rayonu, Quzanlı qəsəbəsində “Şəhidlər xiyabanı”nda dəfn edilmişdir.
Subay idi.
Allah rəhmət eləsin!
Keçidlər