Şriftin ölçüsü :

Saytın rəngi :

Xankəndi şəhər 4 saylı tam orta məktəbdə “27 Sentyabr- Anım günü”nə həsr edilmiş tədbir keçirildi

27 sentyabr 2023 | 18:18

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr 2023-cü il tarixdə Xankəndi şəhər 4 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etdi. 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.Vətən uğurunda canlarından keçmiş qəhrəman vətən övladlarının əbədi olaraq xalqımızın qəlbində yaşayacağını qeyd edən Bayram Səfərov dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının davam etdirildiyini, onların daim diqqət mərkəzində saxlanılmasının hər birimiz üçün prioritet məsələ olduğunu bildirdi.Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər Şanlı qələbəmizi qanı,canı bahasına əldə edən şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsini yüksək qiymətləndirdilər və dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqətə görə ölkə rəhərinə öz minnətdarlıqlarını ifadə etdilər.
Xankəndi məktəbinin direktoru Cəmilə Əhmədova ərazi bütövlüyümüzün təmin edilməsində başda Ali Baş Komandan , Prezident cənab İlham Əliyev olmaqla yüksək peşəkarlıq göstərən əskər və zabitlərimizə öz minnətdarlığını, şəhidlərimizin əziz ruhuna etiramını bildirdi. Xankəndi 4 saylı məktəbin tezliklə Xankəndi şəhərində fəaliyyət göstərəcəyinə inamını ifadə etdi.
Daha sonra Xankəndi məktəbinin şagirdləri Anım gününə həsr edilmiş kompozisiyalar təqdim etdilər.

Keçidlər