Şriftin ölçüsü :

Saytın rəngi :

Xavər ​ Qasımovanın 100 illik yubileyinə həsr edilmiş, müəllifi​ Naimə İsmayılova olan “Qəlbi Şuşa ilə döyünən” adlı kitabın təqdimat mərasimi keçirildi

24 yanvar 2023 | 15:43
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.01.2023-cü il tarixdə Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbdə Şuşanın ictimai həyatında fəal iştirak etmiş,​ ziyalı,​ pedaqoq, rayonun idarə və müəssisələrində müxtəlif​ məsul vəzifələrdə işləmiş, uzun illər Şuşa şəhər 4 nömrəli tam orta məktəbin direktoru olmuş Xavər xanım Qasımovanın 100 illik yubileyinə həsr edilmiş, müəllifi​ Naimə İsmayılova olan “Qəlbi Şuşa ilə döyünən” adlı kitabın təqdimat mərasimi keçirildi.Təqdimat mərasimində Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayonun mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak edirdi. Təqdimat mərasimində çıxış edənlər​ Xavər müəllimənin həyat və fəaliyyətindən danışdılar, onun xatirəsinə həsr edilmiş kitab tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Kitabın müəllifi Naimə İsmayılova, redaktoru Vasif Quliyevdir.​ Naimə İsmayılovanın qızı Xatirə Sərdarqızı Real TV –nin Avropa üzrə bölgə rəhbəridir. Tədbirdə Qarabağ həqiqətlərinini dünyada tanıdılmasında , Azərbaycanın ictimai –siyasi həyatında fəal ​ iştirakına görə o, ​ Şuşa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edildi.​ “Qəlbi Şuşa ilə döyünən” adlı kitab tədbir iştirakçılarına təqdim edildi.
Keçidlər