Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı şəhidlərinin xatirəsi yad edilmişdir

24 fevral 2023 | 14:36

Erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımız ağır faciələrlə üzləşmişdir. Azərbaycan xalqı tarixi torpaqlarından qovularaq, məcburi köçkün düşmüş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan, Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edilmişdir.

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbirlər  keçirilmişdir. 2023-cü il fevral ayının 23-də Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Humanitar Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva, Şuşa Humanitar Kollecinin direktor müavini Könül Hüseynova, müəllimlərdən Ceyran Əliyeva erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımızın ağır faciələrlə üzləşməsindən, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri və Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının silahsız və köməksiz Xocalı şəhərinə hücum zamanı  613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın xüsusi qəddarlıqla  və amansızlıqla qətlə yetirildiyin, 1275 nəfər  dinc sakinin əsir götürüldüyünü, bu qanlı faciə nəticəsində 487 nəfər Xocalı sakininin yaralandığı, 150 nəfərin itkin düşdüyü, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd etdilər.

Xocalı soyqırımı haqqında videoçarxlar nümayiş edildi, tələbələrin ifasında ədəbi-bədii kompozisiya səsləndi.

Keçidlər