Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımı XX əsrin faciəsidir"

26 fevral 2023 | 14:34
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa Dövlət Rəsm Qalareyası, Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Quşçular kənd Uşaq Musiqi Məktəbi, YAP Şuşa rayon 37-saylı ərazi partiya təşkilatı və YAP Şuşa rayon 27-saylı ərazi partiyasının təşkilatçılığı ilə "Xocalı soyqırımı XX əsrin faciəsidir" adlı anım mərasimi keçirilib. Əvvəlcə Şuşa Dövlət Rəsm Qalareyasının direktor v.m.i.e YAP 37-saylı ərazi partiya təşkilatının sədri Anar Calal oğlu Cəbizadənin təşkilatçılığı ilə Xocalı faciəsini əks etdirən foto sərgi nümayiş olunub.
Bədii hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və başda Xocalı şəhidləri olmaqla, bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Aparıcı təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib.
Sonra Şuşa rayon üzrə nümayəndə, baş məsləhətçi v.m.i.e Bayram Yusif oğlu Cəfərli çıxış edərək, Xocalı sakinlərinin başına gələn müsibətlərdən söhbət açaraq, hər il faciənin il dönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda isə Xocalıya həsr olunan şeirlər və kompozisiyalar səsləndirilib.
Keçidlər