“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq respublikamızın bütün rayonlarında yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024 - cü il mart ayı ərzində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon idarə və müəssisələri, o cümlədən ümumtəhsil məktəblərin həyətlərində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.