Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi ilə bağlı tədbir keçirilmişdir

11 oktyabr 2024 | 17:53

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Su həyat mənbəyidir”, Sudan səmərəli və qənaətlə istifadə olunmalıdır” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərin əsas məqsədi su probleminə diqqəti çəkmək, qlobal iqlim dəyişmələri, su böhranının fəsadları, su itkilərinin qarşısının alınmasında ictimaiyyətin, uşaqların məlumatlandırılmasından ibarətdir. Mövzu ətrafında şagirdlərlə müzakirə aparılıb, sudan səmərəli və qənaətlə istifadə olunması üçün onların təklifləri dinlənilib. Tədbir çərçivəsində təqdim olunan slaydlar və maarifləndici broşürlər vasitəsilə şagirdlərdə əyani təsəvvür yaradılıb. Eyni zamanda Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyü şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər