Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şuşa Rayon Mədəniyyət evinin və şuşa məktəblilərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

21 may 2024 | 11:05

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq respublikamızın bütün rayonlarında yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024 - cü il may ayı ərzində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şuşa Rayon Mədəniyyət evinin və Şuşa məktəblilərinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasının məqsədi indiki və gələcək nəsillər üçün daha dayanıqlı və ekoloji təmiz gələcək, yaşıl zonaların bərpası və genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verərək gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

Keçidlər