Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uşaqlar və ekologiya” adlı silsilə tədbirlər keçirilmişdir

16 dekabr 2024 | 17:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Şuşa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planına əsasən Şuşa rayon ümumtəhsil müəssisələrində “Uşaqlar və ekologiya” adlı silsilə tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsinin vacib məqamlardan olduğu vurğulanmış, uşaqların maariflənməsi istiqamətində müzakirələr aparılmış, sosial çarxlar nümayiş olunmuşdur.

Keçidlər