Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünyanı qoruyaq”, "Yaşıl dünya və insan sağlamlığı", “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək” adlı silsilə tədbirlər keçirilmişdir

06 iyun 2024 | 15:17
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Şuşa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planına əsasən Şuşa rayon ümumtəhsil müəssisələrində “Yaşıl dünyanı qoruyaq”, "Yaşıl dünya və insan sağlamlığı", “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək” adlı silsilə tədbirlər keçirilmişdir.
Maarifləndirici tədbirlərin məqsədi uşaq və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasıdır. Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılmış və şagirdlərə Yaşıl dünya ilə bağlı maarifləndirici materiallar paylanılmışdır.
Keçidlər