Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan cənab İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş konfrans keçirilib
13 oktyabr 2023 | 17:57
Tədbirdə Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, YAP üzvləri, rayonun idarə, müəssisə rəhbərləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Cənab İlham Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan danışan Təvəkkül Əliyev çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.
"İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi".O qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi.
Daha sonra çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva qeyd edib ki, Məhz Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər qələbədən-qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Dövlətimizin başçısının “Dəmir yumruğ”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi.
Tədbirdə Şuşa rayon təşkilatının 7 nömrəli ərazi partiya təşkilatının sədri, Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva, Şuşa rayon təşkilatının 10 nömrəli ərazi partiya təşkilatının sədr müavini, Şuşa Rayon Statistika idarəsinin rəisi Anar Xəlilov, Şuşa rayon təşkilatının 4 nömrəli ərazi partiya təşkilatının sədri, Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov, Şuşa rayon təşkilatının 26 nömrəli ərazi partiya təşkilatının gənc fəalı Həsənova Rövşanə öz çıxışlarında dövlətimizin inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevin əvəzsiz rolundan, fəaliyyətindən danışıblar.