Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli, 1941 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının icrasının təmin edilməsi məqsədilə 28 noyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Şuşa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Bağırov, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir. Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının təşkili məqsədilə onlara mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsi və görülən işlərin səmərəliliyinin artırılması üçün qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılmışdır.