Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəfər günü" ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrında “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edildi

06 noyabr 2022 | 16:15
Şuşa rayon əhalisinin kompakt yaşayış yerlərində, ümumtəhsil müəssisələrində, mədəniyyət evlərində " Şuşa ili" çərçivəsində 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş silsilə vətənpərvərlik tədbirləri davam etdirilir. Növbəti tədbir 05 noyabr tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, idarə,müəssisə rəhbərləri, məktəb direktorları, tələbələr, ictimaiyyət nümayəndələri, vətən müharibəsi qaziləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısının muavini Vüsalə Fətəliyeva tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Tarixi zəfərimizin Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı və öz lideri ətrafında sıx birləşərək dönməzliyini dünyaya nümayiş etdirən Azərbaycan xalqının qətiyyəti sayəsində qazanıldığını bildirdi. Şuşa Dövlət Musiqli Dram Teatrının fəalliyətini yüksək qiymətləndirən Vüsalə xanım teatrın rəhbərliyinə və aktyorlarına ötən illər ərzində nümayiş etdirdikləri peşəkarlığa görə öz minnətdarlığını bildirdi, tarixi simasını bərpa etməkdə olan gözəl Şuşamızda teatrının biri -birindən gözəl səhnələrinə tamaşa edəcəyimizə əminlik ifadə etdi. Teatrın aktyorlarının təqdim etdiyi “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası səhnələrdən və Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi ərəfəsində etdiyi tarixi çıxışlardan təşkil edilmişdi. Aktyorlar Prezident İlham Əliyevin çıxışları ilə cəbhədə baş verən hadisələri, xalqımızın birliyi, dünya ölkələrindən bizə qarşı hücumları harmoniya şəklində nümayiş etdirəkək müharibə dövrünü canlandırmışlar. Hərbi-vətənpərvərlik mövzularında səsləndirilən müxtəlif şeirlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Keçidlər