“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir
07 noyabr 2023 | 16:52
Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə 07 noyabr 2023-cü il tarixdə Kürdəxanı qəsəbəsi, Uşaq musiqi məktəbində “Zəfər günü”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi Seymur Qurbanov, Şuşa Humanitar Kollecin direktoru Rasim Mehtiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Bayramov, Şuşa rayonu üzrə Maliyyə şöbəsinin müdiri Arif İbrahimov, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayonu üzrə sektorunun müdiri Rəsmiyyə Məmmədova, Şuşa Mərkəzi Rayon Xəstəxanası, PHŞ, icraçı direktor Kəmalə Səfərova, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təhsil müəssisələrinin kollektivi, şəhid ailələri, qazilər, rayon ziyalıları iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ qazisi Elxan Ələkbərov, şəhid Nurlan Həsənovun atası Nadir Həsənov, qazi Cəfərov Hüseyn Fərman oğlu çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək bildirdilər ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyinin Həmkarlar təşkilatının sədri Anar Cəbizadə qazilərimizə və şəhid ailələrinə mükafatlar təqdim etdi. Zəfəri tərənnüm edən video çarx nümayiş olundu. Tədbir musiqi nömrələri ilə davam etdirildi.
Tədbirdə Şuşa rayon Mədəniyyət evinin “Buta” rəqs qrupu, “Zəfər ritm” qrupu, Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin “Xarı Bülbül” saz ansamblının ifasında nümunələr göstərildi. Şuşa rayon Mədəniyyət evinin bədii rəhbəri Orxan Mövlanın ifasında “Xarı Bülbül” xalq mahnısı, Şuşa Humanitar Kollecinin tələbələri Nurlan Səfərov və Rüfət Piriyevin ifasında “Azərbaycan” mahnısı, Bülbülcan adına Uşaq Musiqi məktəbinin müəllimi Siyavuş Mehdiyevin ifasında “Mənim Azərbaycanım” mahnısı, Bülbülcan adına Uşaq Musiqi məktəbinin müəllimi Xəyalə Əliyevanın ifasında “Xudayar təsnifi” mahnısı, Mehman Elmanoğlunun ifasında “Zəfərimin yanan şöləsi” mahnısı səsləndirildi. Tədbir Saleh Nəzərov və Orxan Mövlanın ifasında Arəstə Baxışovanın sözlərinə yazılmış “Şuşa marşı” adlı mahnı ilə yekunlaşdı.