Gənclər və İdman
20 yanvar 2020-ci il tarixdə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli 1 saylı tam orta məkətbədə 40 nəfərin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə rayon birinciliyi keşirilmişdir
25 fevral 2020-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən Şuşa 3 saylı tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir.
2019-cu ilin 9 ayı ərzində Şuşa rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti Dövlət Gənclər Siyasəti, Azərbaycan Respublikasının “Bədən Tərbiyəsi və İdman haqqında Qanunu” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na əsasən qurulmuş və tədbirlər və iş planına uyğun olaraq təmin edilmişdir.
Belə ki, 09-11 yanvar 2019-cu il tarixlərdə Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində GİN-in təqvim planına əsasən cüdo idman növü üzrə keçirlmiş Azərbaycan çempionatında Şuşa rayon komandası 5 nəfər idmançı ilə iştirak etmişdir.
23-25 yanvar 2019-cu il tarixlərdə GİN-in təqvim planına əsasən cüdo idman növü üzrə Sərhədçi Olimpiya İdman Kompleksində keçirilmiş Bakı çempionatında Şuşa rayon komandası iştirak etmişdir.
18 yanvar 2019-cu il tarixdə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbdə 40 nəfər idmançının iştirakı ilə, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
“20 Yanvar Ümumxalq hüzn günü” münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilmiş və anım tədbiri keçirilmişdir.
“2 fevral Gənclər Günü”nə hazırlıq məqsədilə, aktiv-yaradıcı gənclər ilə 21-24 yanvar 2019-cu il tarixlərdə Şuşa rayon Gənclər və İmdan İdarəsinin və Şuşa şəhər Mədəniyyət Mərkəzinin görüşləri təşkil olunmuşdur.
31 yanvar 2019-cu il tarixdə Ramana450 qəsəbəsində yerləşən Musiqi məktəbində Şuşa rayon İcra Hakimiyyəti, Şuşa rayon Gənclər və İdman İdarəsi və Şuşa rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “2 fevral Gənclər Günü” münasibəti ilə rayon tədbiri keçirilmişdir. Tədbirdə təhsilində və iş fəaliyyətində fərqlənən bir qrup rayon gənci fəxri fərman və hədiyyə ilə təltif edilmiş və yaradıcı rayon gənclərinin iştirakı ilə konsert proqramı ilə tədbir davam etdirilmişdir.
08-10 fevral 2019-cu il tarixlərdə Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində GİN-in təqvim planına əsasən budo idman növü üzrə keçirlmiş Azərbaycan çempionatında Şuşa rayon komandası 16 nəfər idmançı ilə yarışda mübarizə aparmış, onlardan 11 nəfəri birinci yerə layiq görülmüşdür.
22 fevral 2019-cu il tarixdə Biləcəri qəsəbəsində yerləşən Şuşa 3 saylı orta məktəbdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir.
22-24 ferval 2019-cu il tarixlərdə Bakı İdman Sarayında GİN-in təqvim planına əsasən cüdo idman növü üzrə Həzi Aslanov xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Şuşa rayon komandası iştiak etmişdir. Komanda üzvü Mehdizadə Ləman 63 kg çəki dərəcəsində mübarizə apararaq 2-ci yerə layiq görülmüşdür.
23 fevral 2019-cu il tarixdə GİN-in təqvim planına əsasən Usta İdmançılar arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Birinciliydə Şuşa rayonundan 1 nəfər idmançı iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür.
27-28 fevral 2019-cu il tarixlərdə Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində GİN-in təqvim planına əsasən Cüdo idman növü üzrə keçirlmiş Azərbaycan birinciliyi Şuşa rayon komandası iştiak etmişdir.
01-03 mart 2019-cu il tarixlərdə Sumqayıt Paralimpiya Kompleksində keçirilən Yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan güllə atıcılığı üzrə zona yarışında Şuşa rayon komandası iştirak etmişdir.
04 mart 2019-cu il tarixdə Ramana450 qəsəbəsində yerləşən Xankəndi şəhər 4 saylı tam orta məktəbdə 05 mart Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
06-10 mart 2019-cu il tarixlərdə Xaçmaz Olimpiya Kompleksində keçirilən Atletika idman növü üzrə zona yarışında Şuşa rayon komandası iştirak etmişdir.
Milli-mənəvi irsimizin təbliği və Novruz Bayramının qeyd edilməsi məqsədilə, 18 mart 2019-cu il tarixdə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sosial müdafiəyə ehtiyacı olan gənclər üçün təşkil etdiyi Novruz bayramı tədbirində Şuşa rayonundan 70 nəfər gənc iştirak etmişdir.
23-26 mart 2019-cu il tarixlərdə Təhsilində və fəaliyyətində fərqlənən yeniyetmə və gənclərin fəaliyyətinin qiymətləndirilməsi məqəsdilə Quba, Qusar və Xaçmaz rayonlarına təşkil olunmuş ekskursiyada Şuşa rayonundan olan 20 nəfər gənc iştirak etmişdir.
26-31 mart 2019-cu il tarixlərdə Şuşa rayon komandası Yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan voleybol üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında Qusar rayonunda keçirilmiş zona yarışında iştirak etmişdir.
03-06 aprel 2019-cu il tarixlərdə Şuşa rayon komandası Yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan Sərbəst güləş üzrə zona yarışında, Xaçmaz rayonunda 6 nəfər heyətlə çıxış etmişdirlər. Onlarda 1 nəfər 1-ci, 2 nəfər 3-cü yerə layiq görülmüşlər.
VMH-poliatlon çoxnövçülüyü üzrə 03 aprel 2019-cu il tarixdə Ramana450 qəsəbəsi-Malıbəyli kənd 1 saylı tam orta məktəbdə rayon birinciliyi keçirilmişdir.
10 aprel 2019-cu il tarixdə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilmişdir. Yarışda rayon məktəbliləri iştirak etmişdir.
10-14 aprel 2019-cu il tarixlərdə 5 nəfərdən ibarət heyətlə Şuşa rayon komandası Xaçmaz rayonunda keçirilən VMH-poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışında iştirak etmişdir.
Ramana450 qəsəbəsində yerləşən Musiqi məktəbində, 12 aprel 2019-cu il tarixdə 100 nəfər rayon gəncinin iştitakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək” devizi altında tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilmişdir.
12-14 aprel 2019-cu il tarixlərdə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “Xəmsə” Milli İntellektual oyunu üzrə zona mərhələsində Şuşa rayonu iki komanda ilə iştirak etmişdir.
21 aprel 2019-cu il tarixdə Azərbaycan Milli Konservatoriyasında Balaban ixtisası üzrə 2 kursda təhsil alan - Şuşa rayonundan olan gənc Anar Vəlizadə ABŞ-ın Nyu-York şəhərində keçirilən “American Protege” Beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.
Şuşa rayon komandası 12 nəfər idmançı ilə 24-26 aprel 2019-cu il tarixlərdə Bakı şəhərində yerləşən Sərhədçi İdman Olimpiya Kompleksində Cüdo idman növü üzrə 15 yaşa qədər yeniyetmələr arasında keçirilmiş Azərbaycan birinciliyində iştirak etmişdir.
Şuşa rayon komandası 27 aprel 2019-cu il tarixdə 14 nəfərdən ibarət komanda ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi idman oyununun Bakı şəhər zona mərhələsində iştirak etmiş və “Mülki müdafiə hazırlığı” mərhələsində fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur.
27-30 aprel 2019-cu il tarixlərdə Şuşa rayon komandası 3 nəfərdən ibarət komanda ilə Balakən rayonunda yerləşən Olimpiya İdman Kompleksində, Yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan Sərbəst güləş üzrə final yarışında iştirak etmişdir. Onlarda 1 nəfər 1-ci, 2 nəfər 2-ci yerə layiq görülmüşlər.
Şuşa rayon Gənclər və İdman İdarəsində 10 may 2019-cu il tarixdə 20 nəfərin iştirakı ilə Ümummilli lider Heydər Əlyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Raman450 qəsəbəsində 14 may 2019-cu il tarixdə Kompyuter oyunlarının rayon mərhələsi keçirilmişdir.
Yasamal rayonunda yerləşən “Yasamal” idman klubunda 23-24 may 2019-cu il tarixlərdə “28 May Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar olaraq Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Azərbaycan respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 01 aprel – 31 may tarixlərində Malıbəyli kənd 1 saylı tam orta məktəbdə və Xankəndi şəhər 4 saylı tam orta məktəbdə ümumilikdə 100 nəfərə yaxın şagird və müəllimin iştirakı ilə kompyuter kursu keçirilmiş və sonda iştirakçılara Gənclər və İdman Naziri Azad Rəhimovun imzası ilə sertifikat təqdim edilmişdir. Sertifikatları rayon gənclərinə 11 iyun 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev təqdim etmişdir.
08 iyun 2019-cu il tarixdə 5 nəfərdən ibarət Şuşa rayon komandası Gənclər arasında kompyuter oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsində iştirak etmişdir.
01-15 iyul 2019-cu il tarixlərdə “Azərbaycan Gəncliyi Bugün”-Regionlarda yaşayan gənclər və gənc sahibkarlarla görüşlər təşkil edilmişdir.
23 iyul 2019-cu il tarixdə Gənclər və İdman nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir.
05 avqust 2019-cu il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsində Gənclər arasında ixtisas və peşə seçimi və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq məqsədilə bir qrup gənclə “Gənclik və İş” adlı görüş təşkil edilmişdir.
Yasamal rayonunda yerləşən Şuşa rayon 1 saylı tam orta məktəbdə 22 avqust 2019-cu il tarixdə 30 nəfər idmançının iştirakı ilə Taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.
Gənclər arasında vətənpərvərlik, dövlətçilik, ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məqsədilə 28 avqust 2019-cu il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsində “Dəyərlərimizi qoruyaq” adlı dəyirmi masa təşkil olunmuşdur.
15 sentyabr 2019-cu il tarixdə yeni dərs ilinin başlanması ilə bağlı məktəblərdə görüşlər keçirilmişdir.
26 avqust - 03 sentyabr 2019-cu il tarixlərdə Şuşa rayonundan 2 nəfər yeniyetmə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Uşaq İstirahət və Sağlamlıq Mərkəzi”ndə təşkil edilmiş yay düşərgəsində iştirak etmişdir.
20-23 sentyabr 2019-cu il tarixlərdə Şuşa rayon komandası 15 idmançı ilə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçirilmiş sindo-ryu və pencak silat idman növü üzrə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında XIV acıq ölkə birinciliyində iştirak etmişdir. Yarışda 8 idmançı 1-ci, 1 idmançı 2-ci, 6 idmançı isə 3-cü yerə layiq görülmüşdür.
07 oktyabr 2019-cu il tarixdə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə, VMH-poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
GİN-in təqvim planına əsasən VMH-poliatlon çoxnövçülüyü üzrə 10-14 oktyabr 2019-cu il tarixlərdə Xaçmaz rayonunda keçirilmiş zona birinciliyində Şuşa rayon komandası 5 nəfər idmançı ilə iştirak etmişdir.
16-20 oktyabr 2019-cu il tarixlərdə 18 oktyabr “Dövlət Müstəqilliyi günü” münasibəti ilə Boks üzrə Şuşa rayon birinciliyi keçirilmişdir. Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbdə baş tutmuş birincilikdə 60 nəfər idmançı iştirak etmişdir.
19-24 oktyabr 2019-cu il tarixlərdə rayonumuzdan olan idmançı Sahil Namazov Ukraynanın Vinnitsa şəhərində keçirilən “Universal döyüş üzrə kişilərin Dünya Çempionatı”nda 2-ci yeri tutmuşdur.
Şuşa rayon Gənclər və İdman İdarəsində 30 oktyabr 2019-cu il tarixdə Gənclər arasında işsizlik probleminin aradan qaldırılması məqsədilə 20 nəfər gənclə maarifləndirici görüş təşkil edilmişdir.
30 oktyabr 2019-cu il tarixdə “Məktəblilərin Respublika Çempionatı” çərçivəsində atletika idman növü üzrə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbin idman zalında rayon birinciliyi keçirilmşdir.
04 noyabr 2019-cu il tarixdə 20 nəfər gəncin iştirakı ilə “Xəmsə” milli-intellektual oyununun rayon üzrə seçim turu keçirilmişdir.
“12 Noyabr Konstitusiya Günü” münasibətilə 12 noyabr 2019-cu il tarixdə, Yasamal İdman Klubunda Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
18 noyabr 2019-cu il tarixdə “Qaçqın və məcburi köçkün gənclərin V Yaradıcılıq festival-müsabiqəsi”nin rayon mərhələsi keçirilmişdir. Ramana450
qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə 25 nəfər iştirak etmişdir.
29 noyabr 2019-cu il tarixdə Bakı şəhərində “Xəmsə” milli-intellektual oyunu üzrə VII Azərbaycan Çempionatı zona mərhələsi keçirilmiş və Şuşa rayonu bu yarışda iki komanda ilə iştirak etmişdir.
04 dekabr 2019-cu il tarixdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirlmişdir. Şuşa rayonundan rəqs naminasiyasında Cabbarlı Zeynəb, Zeynallı Rəvan və Ələkbərli Ayxan 1-ci, rəsm naminasiyasında Sadıqova Leyla 2-ci və musiqi naminasiyasında Novruzov Səməd 2-ci yerlərə layiq görülmüşlər.
11 dekabr 2019-cu il tarixdə GİN-in təqvim planına əsasən və Ümummilli lider Heydәr Әliyevin anım günü münasibəti ilə Budo döyüş növü üzrə rayon birinciliyi keçirilmişdir. Arpaçay İdman kompleksində baş tutmuş birincilikdə 50 nəfər idmançı iştirak etmişdir.
16 dekabr 2019-cu il tarixdə Şəki Olimpiya İdman Kompleksində baş tutmuş Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal Döyüş Növləri üzrə turnirdə Şuşa rayonundan olan idmançı 1-ci yeri tutmuşdur.
Ümumilikdə 2019-cu il ərzində Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində İdarənin tədbirlər və iş planının və müvafiq qanun və dövlət proqramlarının müddəalarının tələblərinə əməl olunmuşdur.
17 Yanvar 2017-ci il tarixdə Şuşa məktəblərinin komandalarının iştirakı ilə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olumuş Voleybol yarışı keçirilmişdir.
24 yanvar 2017-ci il tarixdə Ramana450 qəsəbəsində yerləşən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəbdə gənclər və yeniyetmələr arasında “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir. Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə yeniyetmə və gənclərlə diskussiya aparılaraq, bu mövzuda geniş məlumat verilmiş, daha sonra yeniyetmə və gənclərin sualları dinlənilərək cavablandırılmışdır. Tədbirdə Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi və Şuşa Rayon Polis Şöbəsinin məsul əməkdaşı da iştirak etmişdir.
2 fevral 2017-ci il tarixdə “2 Fevral Azәrbaycan Gәnclәri Günü” münasibətilə Yasamal rayonunda yerləşən Şuşa 1 saylı tam orta məktəbdə Şuşa Rayon Gәnclәr vә İdman İdarәsinin tәşkilatçılığı ilə tәdbir keçirilmişdir.
10-12 fevral 2017-ci il tarixlərdə İmişli rayonunda keçirilən Budo Döyüş Növləri üzrə Azərbaycan Birinciliyində Gənclər və İdman İdarəsinin və idarə nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Şuşa rayonun Budo Klubunun 11 idmançısının iştirakı təmin edilmiş, 9 nəfər 1-ci yerə, 1 nəfər 2-ci yerə, 1 nəfər isə 3-cü yerə çıxmış və Şuşa komandası Azərbaycan Birinciliyinin qalibi olmuşdur.
21-25 fevral 2017-ci il tarixlərdə Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin göndərişi əsasında Polşa Respublikasının Varşava şəhərində Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Gənclər insan hüquqları naminə” adlı seminarda iştirak etmişdir.
24 fevral 2017-ci il tarixdə Yasamal rayonunda yerləşən Şuşa Humanitar Kollecində Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə erməni vəhşiliklərini nümayiş etdirən video çarx və tələbələrin hazırladığı kompozisiyalar nümayiş etdirilmişdir. Daha sonra tədbir iştirakçıları çıxış edərək tələbə və gənclərə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansız soyqırım barədə geniş məlumat verimişdirlər.
Eyni zamanda, 24 fevral 2017-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı orta məktəbin stadionunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Şuşa rayon məktəbliləri arasında futbol turniri keçirilmişdir. Turnirdə Şuşa məktəblərindən 5 komanda iştirak etmişdir. Turnirin sonunda qaliblər müvafiq olaraq kubok, hədiyyə və diplom ilə təltif olunmuşdurlar.
3 mart 2017-ci il tarixdə “Bədən tərbiyəsi və idman günü” münasibətilə məktəbli oğlanlar arasında basketbol yarışı keçirilmişdir. Ramana450 qəsəbəsində baş tutmuş yarışda Şuşa rayon məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparmışdırlar.
14 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Novruz Bayramı münasibətilə sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün təşkil olunmuş bayram tədbirində Şuşa rayonundan 40 nəfər gənc və yeniyetmə iştirak etmişdir. Tədbirin sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tədbir iştirakçılarına Novruz hədiyyələri təqdim olunmuşdur.
29 mart 2017-ci il tarixdə Ramana450 qəsəbəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir. Şuşa şəhər 6 saylı tam orta məktəbin komandası birincilikdə qalib gələrək “Şahin” hərbi-idman oyununun region mərhələsinə vəsiqə qazanmışdır.
31 mart 2017-cı il tarixdə Yasamal rayonunda yerləşən "Şuşa Humanitar Kolleci"ndə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə anım tədbiri keçirilmişdir. Tədbir iştirakçılarına video-çarx təqdim edildikdən sonra soyqırım həqiqətlərinin çatdırılması məqsədi ilə kollecin direktoru Rasim Mehdiyev və Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxış edərək, tələbə və gəncləri tarixi faktlar əsasında, ermənilərin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə geniş şəkildə tanış etmişdirlər. Daha sonra tələbə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
4 aprel 2017-ci il tarixdə Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə VMH-poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
5-7 aprel 2017-ci il tarixlərdə Gənclərin sağlamlığın qorunması və zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması məqsədi ilə, Pirşağı qəsəbəsində yerləşən Şuşa şəhər 6 saylı, Ramana450 qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd 1 saylı və Şüvəlan qəsəbəsində Şuşa şəhər 7 saylı tam orta məktəblərdə Şuşa rayon Polis Şöbəsi ilə birgə gənclər və yeniyetmələr arasında “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilmişdir.
14 aprel 2017-ci il tarixdə Quba şəhərində keçirilən VMH-poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışında Gənclər və İdman İdarəsinin və idarə nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Şuşa rayon komandasının iştirakı təmin edilmişdir.
21-23 aprel 2017-ci il tarixdə gənclərin intellektual inkişafına dəstək məqsədilə, Tərtər şəhərində keçirilən “Xəmsə” Milli İntellektual oyunu üzrə IX Azərbaycan Çempionatında Şuşa rayonundan iki komanda iştirak etmişdir.
24-25 aprel 2017-ci il tarixlərdə Yasamal rayonunda yerləşən İdman klubunda Uşaq Gənclər İdman məktəbinin idmançılarının iştirakı ilə Sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir.
28 aprel 2017-ci il tarixdə 5 idmançının iştirakı ilə Bakı şəhərində keçirilən Pnevmatik tapançadan güllə atıcılığı üzrə Bakı şəhər zona çempionatında Şuşa rayon komandası iştirak etmişdir. 14 komanda arasında keçirilən yarışda Şuşa rayon komandası 5-ci yerə layiq görülmüşdür.
Məktəblilərin hərbi hazırlıq səviyyəsinin artırılması və gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə, 29 aprel 2017-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində Şuşa komandası iştirak etmişdir. 15 komanda arasında keçirilən yarışda ümümi nəticələrə görə Şuşa rayon komandası 6-cı, “Tüfəngdən hədəfə atəş açma” mərhələsində isə 1-ci yerə layiq görülərək, mükafatçılar arasında yer almışdır.
29 aprel 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə, Ramana450 qəsəbəsində yerləşən Malıbəyli kənd 1 saylı tam orta məktəbdə, Şuşa rayon məktəbliləri arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayon məktəblərinin 8 komandası iştirak etmişdir.
10 may 2017-ci il tarixdə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması məqsədilə, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
27 may 2017-ci il tarixdə Yasamal rayonunda yerləşən Yasamal İdman klubunda Uşaq Gənclər İdman məktəbinin idmançıları da olmaqla, 70 nəfər idmançının iştirakı ilə “28 May Respublika Günü” ilə əlaqədar olaraq Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
27 may 2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən Şuşa şəhər 3 saylı orta məktəbdə Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən UGİM-in təşkilatçılığı ilə “28 May Respublika Günü” münasibətilə Şuşa rayon məktəbliləri arasında futbol turniri keçirilmişdir.
14 iyun 2017-ci il tarixdə 15 İyun Qurtuluş Günü münasibətilə, Şuşa rayon Gənclər və İdman İdarəsində gənclərlə dəyirmi masa keçirilmişdir.
18 iyun - 02 iyul 2017-ci il tarixlərdə dərslərində fərqlənən 7-15 yaş arası 10 nəfər məktəbli Gənclər və İdman Nazirliyinin Respublika Uşaq istirahət və Sağlamlıq Mərkəzində təşkil etdiyi yay düşərgəsində iştirak etmişdir.
29-30 iyun 2017-ci il tarixlərdə Sərhədçi İdman Olimpiya mərkəzində keçirilmiş Cüdo idman növü üzrə Azərbaycan birinciliyində Şuşa Rayon Uşaq Gənclər İdman məktəbinin komandası iştirak etmişdir.
Ümumilikdə 2016-cı ilin I yarımilində Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti İdarənin tədbirlər və iş planına uyğun olaraq qurulmuş, müvafiq qanun və dövlət proqramlarının müddəaları əsasında həyata keçirilmişdir.
Xalqımızın milli idman oyunlarının tarixi qədimlərə gedib çıxır. Pəhləvan yarışları, ağırlıq qaldırmaq, atçılıq idman növləri həmişə xalqımızın böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə, xüsusilə xanlıqlar dövründə zorxanalar da xalqımızın idman tarixində və yaddaşlarda dərin iz buraxmışdı.
Şuşa elm, mədəniyyət və incəsənət sahəsində olduğu kimi, idman sahəsində də fərqlənmişdir. Şuşa torpağı müqəddəsdir, bu torpaqdakı saflıq və təmizlik onun sakinlərinin mənəvi və fiziki kamilliyinə hərtərəfli təsir göstərmişdir. Bu baxımdan Şusa da öz sakinləri ilə fəxr etməyə haqlıdır.
Azərbaycanın görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminli “Qan içində” romanında XVIII əsrin ikinci yarısında Qarabağda baş verən ictimai-siyasi vəziyyəti təsvir edərək o dövrdə Şuşada “zorxana”da pəhləvanların məşqlərindən, Şuşa cavanlarının məşğul olduqları ayrı-ayrı idman növlərindən və oyunlarından bəhs etmişdir.
Şuşa “zorxana”ları öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və Qarabağ xanlığı dövründə 1747-1822-ci illərdə “Zorxana” məşq evləri xeyli inkişaf etmişdir. Lakin 1822-ci ildə Qarabağ xanlığının ləğv edilib Rusiya imperiyasının əyalətlərindən birinə çevrilməsi, xalqımızın başqa milli dəyərləri kimi, “zorxana”ların da fəaliyyətinə mənfi təsir göstərmişdir.
Lakin bütün bu kimi çətinliklərə baxmayaraq Azərbaycanda o cümlədəm, Qarabağda milli idman növlərinin inkişafı davam etmişdir. Respublika əlyazmaları fondunda saxlanılan “Əhvalatı Qarabağ” adlı əlyazma diqqəti cəlb edir. O, Azərbaycanda fiziki mədəniyyətin tarixini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Əsər 1888-ci ildə yazılmışdır. Onun müəllifi vaxtilə İbrahim xanın məşhur saray xadimlərindən biri olan Mİrzə Vəlinin nəvəsi olan Baharlıdır. Əsərdə güləşdən, cıdırda at çapmaqdan, çövqan, “papaq” oyunu, şahmat və nərd oyunlarından geniş məlumat verilmişdir. “Əhvalatı Qarabağ” adlı əlyazmada xalq məişətindən, müxtəlif tarixi hadisə və əhvalatlardan maraqlı sənədlər vardır. “Şuşada Nabat adlı bir pəhləvan var idi. Heç kim onun kürəyini yerə vura bilməmişdi. O vaxt Təbrizdən, Badukübədən, Şəkidən, Salyandan və başqa yerlərdən Şuşaya pəhləvanlar gələrək Cəfərqulu xanın qulluğunda güştü (qurşaq) tutublar. Pəhləvan Nabat həmin pəhləvanlara layiqincə qalib gəlmişdir.”
Digər idman növləri ilə yanaşı Şuşada şahmat və nərd idman növü də inkişaf etmiş və əhali bu növlərlə də məşğul olmuşdur. Görkəmli Azərbaycan şairi Qasım bəy Zakir şahmat oyunu haqqında maraqlı fikirlər söyləmişdir. Qasım bəy Zakir öz lirik şeirlərində və satiralarında şahmat və nərd oyunlarından bəhs etmişdir. Onun
şahmatdan bu cür bədii vasitə kimi istifadə etməsi XVIII-XIX əsrlərdə Qarabağın müəyyən dairələrində bu oyunun geniş yayılmış əyləncələrdən biri olmasını göstərir.
Hətta, Fransa yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qarabağın dilbər güşəsi olan Şuşada xan qızı Natəvanın qonağı olmuş və onunla şahmat da oynamışdır. O, Natəvanın şahmat oyununun taktiki və texniki incəliklərindən məharətlə baş çıxarmasına heyran olduğunu bildirmişdir.
Bu tarixi hadisələr Qarabağda, xüsusilə Şuşada idmanın müxtəlif növlərinə ciddi maraq olduğunun bariz nümunəsidir və bu ənənə XX əsrin əvvəllərində və sovet hakimiyyəti dövründə də davam etmiş və Şuşa idmanı nəzərə çarpacaq şəkildə parlaq inkişaf yolu keçmişdir.
XX əsrin 30-cu illərindən başlayaraq Şuşada bədən tərbiyəsi və idman sahəsində idmançılar fərqlənməyə başlamış və ad-san qazanmışlar. Bu idmançlar indi də şuşalılar tərəfindən xatırlanırlar. Şuşada zəngin bədən tərbiyəsi və idman ənənələrinə malik olan, həmişə möhtəbər idman yarışlarında Şuşanı və ölkəmizi layiqincə təmsil edən idmançıların və idman hakimlərinin sayı yetərincədir:
- Ümumittifaq və beynəlxalq dərəcəli hakim Tofiq Bəhramov. O, dünyanın 10 ən güclü hakimlərindən biri idi. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya birinciliyində hakimlik edərkən İngiltərənin kraliçası tərəfindən "qızıl fit” mükafatına layiq görülmüş, çempionatın ən ədalətli hakimi adını almışdır;
- Əməkdar bədən tərbiyəsi və idman xadimi, futbol üzrə ümumittifaq və beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarında futbol yarışlarının final qarşılaşmasında (ADR - Çexoslavakiya) hakimlik etmişdir. E.Əzimzadə oyuna yüksək səviyyədə hakimlik etdiyi üçün qızıl medal və diplomla təltif olunmuşdur;
- Basketbol üzrə kecmiş SSRİ-nin əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim professor Tofik Abbasov;
- Qılıncoynatma üzrə 11 qat Azərbaycan çempionu, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqiçi, professor Cavad Qurbanov;
- Yüngül atletika üzrə keçmiş SSRİ nin əməkdar məşqiçisi ,ümumittifaq dərəcəli hakim Əfqan Səfərov;
- Yunan - Roma güləşi üzrə ilk azərbaycanlı SSRİ çempionu, beynəlxalq dərəcəli idman ustası Rasim Rəsulov;
- Boks üzrə "SSRİ-nin fəxri idman ustası”, beynalxalq dərəcəli hakim Rafiq İmanov;
- Sərbəst güləş üzrə SSRİ birinciliyinin mükafatçısı, idman ustası Adil Dadaşov;
- Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli idman ustası Surxay Məmmədov;
- Yunan-Roma güləşi üzrə SSRİ idman ustaları Nicat Abbasov və Vaqif Kərimov;
- Boks üzrə SSRİ idman ustaları Oktay Quliyev, Nazim İbrahimov və Pərviz Bayramov.
Bunlardan əlavə əbədiyyətə qovuşmuş digər idmançılar - Fərəməz Rüstəmov (Ağayev), Hidayət Yusifov, Zakir Kazımov, Qaçay Hüseynov, İsmayıl İsmayılov, Əli Mirzəyev, Əbülfət Tağıyev, Altay Rüstəmov, Bəşir Hüseynoov, Əhəd Əliyev, Camal Bəylərov, Yunis Əliyev, Namiq Babayev və başqalarının da Şuşa idmanındakı zəhmətlərini qeyd etmək lazımdır. Onların hamısı müxtəlif peşə sahibləri idilər. Lakin öz işlərində olduğu kimi bədən tərbiyəsi və idmanda da başqalarından fərqlənirdilər.
Şuşada idman ənələri nə qədər qorunsa da, 1980-90-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcvüzü bu sahədən də yan keçməmişdir. Müharibə və işğal faktı həm fiziki, həm də psixoloji baxımdan əhaliyə, xüsusilə idmançılara mənfi təsir göstərmişdir. Təcavüz nəticəsində milyondan çox qaçqını və məcburi köçkünü olan respublikamızın Qarabağ bölgəsində 400-500-ə yaxın idman qurğuları, stadionlar, meydançalar, muzeylər işğalçı erməni cəlladlarının əlinə keçmiş və onlar tərəfindən dağıdılmışdır.
Lakin bütün bu problemlərə baxmayaraq, şuşalı idmançıların böyük bir qismi dövlətin idmana olan diqqəti və qayğısı nəticəsində özlərindən əvvəlki idmançıların ənənələrin uğurla, ləyaqətlə davam etdirməyə çalışır, doğma Şuşanın adını ucaltmaq ücün əllərindən gələni əsirgəmirlər. Şuşanın bədən tərbiyəsi və idmanının inkişafında Tariyel Kazımovun, Əliqulu İbrahimovun, Oktay Axundovun, Əşrəf Hüseynovun, Saleh Heydərovun, Əbülqasım Novruzovun, Zakir Babayevin və başqalarının zəhmətini də xüsusilə qeyd etmək lazımdır. Köçkünlük həyatı keçirmələrinə baxmayaraq, onlar bütün çətinliklərə sinə gərərək bir çox yarışlarda çıxış etmiş, Şuşanın idman şərəfini qorumuşdurlar. Hal-hazırda da Şuşa idmançıları ölkənin idman həyatında özünəməxsus yer tutur və yaxından iştirak edirlər. Məşqçilər və idman müəllimləri futbol, voleybol, basketbol, stolüstü tennis, güləş, cüdo, gimnastika və yüngül atletika yarışlarında şuşalı idmançıların fəal iştirakını demək olar ki, bütün yarışlarda təmin edirlər. Yapon Hacıyev və Ruslan Zeynalov kikboksinq yarışlarında 2 qat, Qalib Bayramov isə 3 qat dünya çempionudurlar. Ceyhun Ağayev bilyard üzrə Avropa və dünya birinciliyinin mükafatcısıdır. Saday Əzimov nərd üzrə Azərbaycan çempionu və "Qızıl zər” mükafatının sahibidir. Biz Şuşalılar bu idmançılarla fəxr edirik, onlar buna layiqdirlər.
----------------------------------------------------------------------------------------------------------------------------------
2016-cı ilin əvvəlindən bu günə qədər Şuşa Rayonu üzrə idman sağlamlıq işlərinin aparılması, gənclərin sağlam həyat tərzinin formalaşması məqsədi ilə Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq fəaliyyət planı qurulmuş və buna uyğun olaraq idman tədbirləri və gənclərin idmanməşqlərinə cəlb edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, hal-hazırda rayonda Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi nəzdində iki Uşaq Gənclər İdman Məktəbi fəaliiyət göstərir. Təhsil Şobəsi nəzdində fəaliyyət göstərən UGİM-də 195 şagird, Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən UGİM-də isə 250 şagird idmanla məşğul olur.
Gənclər və İdman İdarəsi Uşaq Gənclər İdman Məktəbləri ilə birgə iş apararaq, rayonda və rayondan kənarda keçirilən idman tədbirlərində yaxından iştirak etmiş, həmçinin məktəbələrin Bakı şəhər və Respublika səviyyəli yarışlarda iştirakını təşkil edərək, gənclərin idmana olan maraqlarının artırılmasında öz töhvəsini vermişdir.
Belə ki, 2016-cı ilin yanvar ayında Almaniyada keçirilən Cüdo idman növü üzrə Avropa Kuboku yarışlarında Şuşa rayonunu təmsil edən Şahsuvarlı Şəhriyar Müşfiq oğlu 50 kq çəki dərəcəsində 3-cü yerə layiq görülmüşdür.
4 mart 2016-¬cı il tarixdә Şuşa şәhәr 1 nömrәli tam orta mәktәbdә Şuşa Rayon Gәnclәr vә İdman İdarәsi vә Şuşa rayon Tәhsil Şöbәsinin birgә tәşkilatçılığı ilә "5 mart ¬ Bәdәn tәrbiyәsi vә idman günü"nә hәsr olunmuş mәktәblilәr arasında şahmat üzrә Şuşa rayon birinciliyi keçirilmişdir. II-VI sinif vә VII-IX sinif şagirdlәri arasında olimpiya sistemi üzrә keçirilmiş yarışda hәr yaş qrupu üzrə 20 nәfәr mәktәbli iştirak etmişdir.
Novruz bayramı münasibәtilә 09 mart 2016-¬cı il tarixindә Raman450 qәsәbәsindә yerlәşәn Şuşa rayon Malıbәyli kәnd 1 saylı tam orta mәktәbdә orta ümumtәhsil mәktәblәri arasında voleybol idman növü üzrә oğlanlar arasında Şuşa rayon birinciliyi keçirilmişdir. Yarışda Şuşa rayon orta ümumtәhsil mәktәblәrinin komandaları iştirak etmişlәr.
4 aprel 2016-cı il tarixində “Şahin” hərbi-idman oyununun Şuşa rayon birinciliyi keçirilmişdir. Yarışda rayon məktəblərinin komandaları iştirak etmiş və final mərhələsinə Xankəndi şəhər 4 saylı orta məktəbin komandası vəsiqə qazanmışdır.
14 aprel 2016-cı il tarixdə Malıbəyli kənd 1 N-li tam orta mәktәbdə 60 nəfər idmançının iştirakı ilə "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının rayon mərhələsi keçirilmişdir.
30 aprel 2016-cı il tarixdəMüdafiə Nazirlyinin Hərbi Təlim-Tədris Mərkəzində “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsində Şuşa rayon komandası 20 nəfər heyətlə iştirak etmişdir.
07 may 2016-cı il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə Şuşa şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst döyüş növləri üzrə Ramana450 qəsəbəsində yerləşən “Arpaçay İdman Mərkəzində” açıq Respublika birinciliyi keçirilmişdir. Birincilikdə Respublikanın müxtəlif klublarından yüzə yaxın idmançı iştirak etmişdir.
14 iyun 2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şuşa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş mini-futbol oyunu keçirilmişdir. Yarışda Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə Şuşa rayon Uşaq Gənclər İdman Məktəbinin yeniyetmə futbolçularından ibarət futbol komandası iştirak etmişdir. Sonda yarış iştirakçıları müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.
“26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü” münasibətilə 23 iyun 2016-cı il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilmişdir. Şuşa Humanitar kollecində baş tutan birinciliyin məqsədi, yeniyetmə və gənclər arasında hərb sənətinə marağın artırılması və hərbi vətənpərvərlik hisslərinin aşılanmasından ibarət olmuşdur.
18-25 Sentyabr 2016-cı il tarixlərdə Gəncə şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına əsasən 2005-2006-cı il təvəllüdlü futbolçuların yarışı keçirilmişdir. Yarışda Şuşa rayon UGİM-in komandası müvəffəqiyyətlə çıxış edərək III yeri tutmuşdur.
13 oktyabr 2016-cı il tarixdə Yasamal rayonu ərazisində yerləşən Şuşa şəhər 1 saylı tam orta məktəbdə Şuşa Rayon Gənclər və İdman İdarəsi tərəfindən "18 Oktyabr - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş qızlar arasında voleybol idman növü üzrə Şuşa rayon birinciliyi keçirilmişdir.
14 oktyabr 2016-cl il tarixdə Şuşa rayon Gənclər və İdman İdarəsinn təçkilatçılığı ilə Şuşa Rayonu Malıbəyli Kənd 1 saylı Tam Orta Məktəbdə "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının rayon mərhələsi keçirilmişdir. Çempionatda Şuşa rayonunun müxtəlif məktəblərindən məktəblilər iştirak edərək zona mərhələsi üçün mübarizə aparmışlar.
27-30 oktyabr 2016-cı il tarixlərində "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Quba şəhərində Respublika çempionatının zona yarışı keçirilmişdir. Şuşa rayonu 5 nəfərdən ibarət komanda ilə yarışda iştirak etmişdir.
9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən UGİM-in təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı orta məktəbdə rayon məktəbliləri arasında futbol turniri keçirilmişdir. Turnirdə 6 məktəbdən 5-6-cı sinif şagirdləri iştirak edərək birinci yer uğrunda mübarizə aparmışlar. Turnirin sonunda qaliblər kubok və fəxri fərmanla təltif olunmuşlar.
16 noyabr 2016-cı il tarixdə UGİM-in təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “17 noyabr Milli Dirçəliş Günü”nə həsr olunuş Güllə atıcılığı üzrə oğlanlar və qızlar arasında yarış keçirilmişdir.
17 noyabr 2016-cı il tarixdə Gənclər və İdman İdarəsi və UGİM-in birgə təşkilatçılığı ilə “17 noyabr Milli Dirçəliş Günü”nə həsr olunuş Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Bunlardan əlavə onu da nəzərinizə çatdırmaq istərdik ki, 2016-cı il ərzində rayonda Şuşa Taekvando klubu Respulika Taekvando Federasiyasında, Şuşa Cüdo klubu isə Respublika Cüdo Federasiyasında qeydiyyatdan keçərək fəaliyyətə başlayıb və hal- hazırdaTaekvando klubu Yasamal rayonunda, Cüdo klubu isə Xətai rayonunda fəaliyyət göstərir. Şuşa rayonundan və digər bölgələrdlən olan məktəblilər və gənclər taekvando və cüdo klubunda idmanla məşğul olurlar və respublika səvəyyəli yarışlarda da iştirak etməyi planlaşdırırlar.
İdarəmizin qarşısına qoyulduğu əsas məqsəd bundan sonra da gəncləri idman məşqlərinə cəlb etmək, zərərli vərdişlərdən uzaq durmağa çağırmaq və “Sağlam bədəndə sağlam ruh olar” prinsipi ilə vətənpərvər gənclər yetişdirməkdir.